“Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi

1 Iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan”Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə baglı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini usaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb.Bundan sonra iyunun 1-i Usaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düsüb. Dünyanın əksər ölkələrində olduğu kimi,bu gün Azərbaycanda da qeyd edilir.Usaqlar bizim gələcəyimizdr və ölkəmizin gələcəyi onların əlindədir,onların müdafiəsinə hamılıqla qosulmaq bizim borcumuzdur. Dünyanın hər yerində uşaqlara qayğı və usaqların qorunması xüsusi əhəmiyyət kəsb edir.Təsadüfi deyil ki,hər bir dövlət usaqları qorumağı, müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Məktəbimizin 4e sinfi bu gözəl bayramı xüsusi təntənə ilə kecirdi.Sinif müəllimi Nigar Quliyevanın hazırladığı bu tədbirdə balacalar kiçik qəlblərindəki böyük dünyanı ifa etdikləri səhnəciklərdə,söylədikləri seir və mahnılarda,rəqslərdə nümayiş etdirdilər.Vətənə,xalqa,dilimizə sevgi,böyüklərə hörmət hissi , böyüyəndə Vətən üçün əsl vətəndaş olacaqları onların hər kəlməsindən, hər hərəkətindən,hər ifasından aydın duyulurdu. Kicik qəhrəmanların çıxışları həm məktəb rəhbərliyi, həm də valideynlər tərəfindən böyük alqışlarla qarşılandı. Məktəb direktoru V.Babayev, direktor müavini X. Kərimova və tədbirdə iştirarak edən valideynlər öz çıxışlarında uşaqları 1-İyun Usaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək onlara uğurlar, naliyyətlər arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi