“Mənalı ömrün izi ilə” adlı tədbir keçirildi
Mayın 5-də H. Əliyevin anadan olmasının 94 illik yubileyinə həsr olunmuş “Mənalı ömrün izi ilə” adlı tədbir keçirildi. Məktəbin musiqi müəllimi Ş. İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimləri A. Hacıyeva və S. Səfərovanın hazırladığı tədbirdə dahi fəzilət sahibinin keçirdiyi həyat yolu, ömür kitabı vərəqləndi. Şagirdlərin ifasında dahi liderə həsr olunmuş şeirlər, musiqi nömrələri dinlənildi. “H. Əliyev və Azərbaycan klassikləri, sərkərdələri” adlı səhnəciklərdə Azərbaycanın qurucusu olan ümummilli liderin vətən üçün fədakarlığı, gördüyü işlər daha qabarıq şəkildə öz əksini tapdı. Tədbirdə məktəb kollektivi, valideynlər, qonaqlar, “Məktəblilərin dostu” layihəsinin əməkdaşlarıda iştirak edirdi. Sonda məktəbin direktoru V. Babayev və Nəsimi rayon Həmkarlar İttifaqı Komitəsinin sədri F. Sadıqov çıxış edərək H.Əliyev şəxsiyyətindən , keçdiyi həyat yolundan söz açdılar. H. Əliyevin zəngin dövlətçilik təcrübəsinin təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də əvəzolunmaz və əhəmiyyətli olduğunu iştirakçıların diqqətinə çatdırdılar.