Açıq dərs keçirildi

Aprelin 19-da məktəbin Azərbaycan dili müəllimi Hüseynova Yeganə 9a sinfində “Vasitəli və vasitəsiz nitq” mövzusunda açıq dərs keçirdi. Ulu öndər H.Əliyevin həyat və fəaliyyəti geniş əks olunmuş bu dərsdə müasir təlim üsullarından və İKT-dən istifadə edildi. Fərqli tərtib olunmuş iş vərəqlərində dahi siyasətçi, müasir Azərbaycanın qurucusu və memarı H.Əliyevin kəlamları əks olunmuşdu.Şagirdlər verilən tapşırıqları fərdi və qrup şəkildə yerinə yetirərək nəzəriyyə və praktikanı birləşdirdilər. Dərsdə bilikvermə, bacarıq və vərdişlərin aşılanmasından başqa, fərdi və sosial əhəmiyyətli keyfiyyətlər “H.Əliyev qəlbimizdədir” adlı təqdimatda daha qabarıq hiss olundu.Tarix və ədəbiyyat fənlərinə inteqrasiya nəticəsində şagirdlərin müasir dünyagörüşü, mənəvi-əxlaqi keyfiyyətləri meydana çıxdı.Açıq dərsdə məktəbin direktoru V.Babayev, direktor müavini V.Qasımov,müəllimlər“Məktəblinin dostu” layihəsinin nümayəndələri iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi