İçərişəhər Tarix-Memarlıq qoruğuna ekskursiyaya keçirildi.
Aprel ayının 5-də məktəbimizin bir qrup şagird və müəllim heyəti İçərişəhər Tarix-Memarlıq qoruğuna ekskursiyaya getmişdilər. Ekskursiya zamanı şagirdlər Qız qalası, Şirvanşahlar sarayı, qədim tikililər barədə məlumatlandırılmış, nadir eksponatlarla tanış olmuşlar. Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi olan İçərişəhərin özünəməxsus taleyi vardır. Şagirdlər memarların, mahir sənətkarların peşəkarlığına heyran qalıb, dövrümüzə gəlib çatmış bu şəhərin zaman keçdikcə necə dəyişdiyinin şahidi oldular. İçərişəhər Tarixi-Memarlıq qoruğuna ekskursiya şagirdlərin milli qürur hissi ilə tərbiyə olunması işində mühüm rol oynadı.