"Zəfəri Yaşayanlar, Yaşadanlar" - Vətən qəhrəmanları ilə tanınır

13 may tarixində məktəbin kitabxanasında vətənpərvərlik mövzusunda "Zəfəri yaşayanlar, yaşadanlar" adlı dəyirmi masa keçirilmişdir. Tədbir kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə baş tutmuşdur.
Dəyirmi masada 7 "A" sinif şagirdləri "Zəfəri yaşayanlar, yaşadanlar" kitabında yer alan döyüş hekayələri əsasında xalqımızın taleyinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi xatirələrini canlandırmağa çalışdılar. Onlar bu hekayələr vasitəsilə yaşadıqlarımızı, duyduqlarımızı və gördüklərimizi auditoriyaya çatdırdılar.
Tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin həyatını, zabit və əsgərlərimizin igidliyini, qorxmazlığını, döyüş bacarığını və əzmkarlığını təbliğ etmək idi.