102 illik Dastan

8 may tarixində məktəbin akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illik yubileyinə həsr olunmuş “102 illik Dastan” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, müəllimlər və şagirdlər iştirak etmişlər.
Tədbir zamanı Ulu Öndərin həyat və fəaliyyətinə dair maraqlı məlumatlar səsləndirilmiş, şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olunmuş, şeirlər söylənilmiş və musiqi nömrələri ifa edilmişdir. Eyni zamanda Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafı uğrunda gördüyü əvəzsiz işlər barədə çıxışlar olmuşdur.
Tədbirin keçirilməsində əsas məqsədi gənc nəslin Ulu Öndərin zəngin irsini öyrənməsi, vətənə bağlılıq hisslərinin gücləndirilməsi və dövlətçilik ənənələrinin aşılanması olmuşdur.