Ümummilli Lider Heydər Əliyevi dərin hörmətlə anırıq

7 may tarixində məktəbin foyesində kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş plakatlardan ibarət geniş sərgi təşkil olunmuşdur.
Sərginin təşkil olunmasında əsas məqsəd Ulu Öndərin zəngin irsini, Azərbaycanın inkişafında və müstəqil dövlət kimi formalaşmasında əvəzsiz xidmətlərini şagirdlərə tanıtmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək olmuşdur.