Şagirdimizin növbəti uğuru

Məktəbin 7 “A” sinif şagirdi Əliyeva Firuzə, Şövkət Ələkbərova adına 11 illik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə yeniyetmələr arasında təşkil etdiyi müsabiqədə uğurla çıxış edərək II dərəcəli laureat adına layiq görülüb.
Əliyeva Firuzə “İncəsənət” nominasiyası üzrə – Fortepiano (solo) kateqoriyasında çıxış edərək diplomla təltif olunub. Bu nailiyyət onun musiqiyə olan marağını və bacarığını bir daha nümayiş etdirdi.
Məktəb kollektivi şagirdimizi təbrik edir, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayır.