Böyük Vətən müharibəsində Azərbaycanın rolu

9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə məktəbin tarix fənni müəllimi Gülgəz Süleymanova 10 “B” sinifində “Böyük Vətən müharibəsində Azərbaycanın rolu” mövzusunda nümunəvi dərs təqdim edib.
Dərsin keçirilməsinin məqsədi şagirdlərə II Dünya müharibəsində Azərbaycanın göstərdiyi qəhrəmanlıq, xalqımızın cəbhədə və arxada sərgilədiyi fədakarlıq haqqında dolğun məlumat vermək, gənc nəslin tarixi yaddaşını möhkəmləndirmək, onlarda vətənpərvərlik və qürur hissini gücləndirmək olmuşdur.
Dərs zamanı müəllim və şagirdlər konkret faktlar, tarixi məqamlar və qəhrəmanlıq nümunələri əsasında Azərbaycanın müharibədə oynadığı mühüm rolu əhatəli şəkildə təhlil etmişlər.