Ulu Öndərin məzarı ziyarət edilib

Məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, müəllimlər və şagirdlər 10 may — ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə onun Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.
Ziyarət zamanı müəllimlər şagirdlərə Heydər Əliyevin həyatı, Azərbaycan dövlətçiliyində oynadığı müstəsna rol və təhsilin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, ulu öndər gənc nəslin milli ruhda tərbiyə olunmasına, müasir təhsil sisteminin qurulmasına və müəllim nüfuzunun yüksəldilməsinə daim xüsusi diqqət yetirib.
Ziyarətçilər böyük ehtiramla ümummilli liderin məzarını ziyarət edib, onun xatirəsini dərin minnətdarlıqla yad ediblər.