Milli dəyərlərimizi qoruyaq

Məktəbin tədbirlər planına uyğun olaraq "Dəyərlərimizi Qoruyaq" şüarı altında xalqımıza məxsus milli mətbəximizi və musiqi irsimizi təbliğ edən möhtəşəm bir tədbir keçirildi.
Tədbirin əsas məqsədi – şagirdlərə Azərbaycan xalqının zəngin milli dəyərlərini tanıtmaq, onları bu dəyərləri qorumağa təşviq etmək və bu qiymətli mirası gələcək nəsillərə sevə-sevə ötürmək idi.
Tədbir çərçivəsində məktəbin kitabxanası da öz stendi ilə iştirak edirdi. Kitabxananın hazırladığı stenddə milli mətbəximizə dair müxtəlif şəkillər, eləcə də Azərbaycan kulinariyasına aid kitablar sərgilənirdi. Stendin məqsədi şagirdlərə xalqımızın zəngin mədəni irsi haqqında ətraflı məlumat vermək, onların milli kimlik və mədəniyyətə olan marağını artırmaq idi.