İdman Arenasında Yeni Qələbə - Şıxəliyev Namiq

18-19 aprel 2025-ci il tarixlərində keçirilən Sambo üzrə Respublika Birinciliyində məktəbimizin 7"D" sinif şagirdi Şıxəliyev Namiq yüksək nəticə göstərərək böyük uğura imza atıb. 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında +65 kq çəki dərəcəsində mübarizə aparan Namiq, möhtəşəm çıxışı ilə yarışda II yerə layiq görülüb.
Təhsil Respublika İdman Mərkəzinin təşkil etdiyi bu nüfuzlu yarışda nümayiş etdirdiyi əzmkarlıq, peşəkarlıq və idman ruhu ona Diplom II dərəcəli mükafatını qazandırıb.
Şıxəliyev Namiqin bu uğuru təkcə şəxsi qələbə deyil, eyni zamanda məktəbimizin idman sahəsindəki uğurlarına əlavə olunan parlaq bir nailiyyətdir. O, idmanın gənclərin fiziki və mənəvi inkişafındakı əhəmiyyətini bir daha sübut edərək öz yaşıdlarına nümunə olub.
Məktəb kollektivi olaraq Şıxəliyev Namiqə gələcək yarışlarda da yeni zirvələr fəth etməyi, Azərbaycan idmanına layiqli töhfələr verməyi arzulayırıq!