Milli dəyərlərimizi qoruyaq

      Məktəbin tədbirlər planına uyğun olaraq "Dəyərlərimizi qoruyaq" şüarı altında xalqımıza məxsus milli mətbəxi və musiqi irsimizi təbliğ edən möhtəşəm bir tədbir keçirildi.
     Tədbirin əsas məqsədi – şagirdlərə Azərbaycan xalqının zəngin milli dəyərlərini tanıtmaq, onları qorumağa təşviq etmək və bu mirası gələcək nəsillərə sevə-sevə ötürmək idi.
     VII - VIII sinif şagirdlərinin və onların valideynlərinin fəal iştirakı ilə təşkil olunan "Mətbəx Mədəniyyətimiz" adlı kulinariya günü məktəb həyatına xüsusi bir rəng qatdı. Şagirdlər Azərbaycan mətbəxinin zənginliyini, bölgələrə xas yeməkləri, onların tarixi və hazırlanma qaydalarını böyük həvəslə təqdim etdilər. Evdə valideynləri ilə birlikdə hazırladıqları milli təamlar məktəbdə bəzədilmiş süfrələrdə sərgiləndi və tədbir iştirakçılarına nümayiş olundu.
     Tədbir zamanı məktəbin müəllim kollektivi münsiflər heyəti kimi çıxış edərək, siniflər üzrə təşkil olunmuş stendlərə yaxınlaşıb şagirdlərin süfrə tərtibatı, yeməklərin təqdimatı, dadı və dekorasiyası üzrə qiymətləndirmə apardılar. Hər bir stend öz orijinallığı və milli ruhu ilə seçildi.
     Məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tədbiri yüksək dəyərləndirərək şagirdlərin və valideynlərin əməklərini xüsusi vurğuladı və fəal iştirakçılara diplomlar təqdim etdi.
     Belə tədbirlərin keçirilməsi şagirdlərdə milli kimliyin, vətənpərvərlik hisslərinin möhkəmlənməsində, eyni zamanda mədəni irsimizə sevgi və hörmətin formalaşmasında mühüm rol oynayır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi