23 Aprel - Dünya kitab və müəllif hüquqları günü kimi qeyd olunur

      23 Aprel tarixində kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə məktəbin kitabxanasında 4 "A" sinif şagirdlərinin təqdimatında "Dəyirmi masa" keçirilmişdir.
     Tədbirin məqsədi Beynəlxalq Kitab və Müəlliflik Hüquqları Gününün qeyd olunmasının mahiyyətini vurğulamaq, kitabların insanların dünyagörüşünün formalaşmasında, mədəniyyətlərin qorunub inkişaf etdirilməsində və nəsillər arasında körpü rolunda olduğunu ictimaiyyətə çatdırmaq olmuşdur.
     Çıxış edənlər kitabın insan həyatındakı əvəzolunmaz rolundan, mütaliənin bədii təxəyyülün, məntiqi təfəkkürün və idrak bacarıqlarının inkişafındakı mühüm əhəmiyyətindən bəhs etmişlər.
     Tədbir şagirdlərin maraqlı təqdimatları, kitab haqqında fikirləri və fəal müzakirələri ilə yadda qalmışdır.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi