Sinif rəhbərlərinin iclası keçirilib

22 aprel tarixində məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev sinif rəhbərlərinin növbəti iclasını keçirmişdir.
İclasın məqsədi şagirdlərin təlim-tərbiyə işinin təkmilləşdirilməsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, məktəbdaxili nizam-intizam qaydalarına riayət olunmasının təmin edilməsi olmuşdur.
İclas zamanı:
Tədris prosesində şagirdlərin davamiyyətinə nəzarətin gücləndirilməsi,
Məktəbdaxili davranış qaydalarına ciddi əməl olunması,
Sinif rəhbərlərinin şagirdlərlə fərdi işinin səmərəliliyinin artırılması,
Qarşıda duran tədbirlər və fəaliyyət planları barədə ətraflı müzakirələr aparılmışdır.
Direktor Rəhman Hacıyev sinif rəhbərlərinə tövsiyələrini vermiş, məsuliyyətli və fəal fəaliyyətin vacibliyini vurğulamışdır.