22 Aprel - Ümumdünya Yer Günü

22 Aprel dünyada Ümumdünya Yer Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qeyd edilən bu günün əsas məqsədi ətraf mühitin əhəmiyyətinin təbliği, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsinin qarşısının alınması və bu sahələrə diqqətin artırılmasıdır. Dünyanın bir çox ölkələri kimi, Azərbaycan da bu istiqamətdə mühüm işlər həyata keçirir.
Bu prinsiplərdən bəhrələnərək, biz də bu əlamətdar gün münasibətilə “Təbiət bizim evimizdir” və “Gənc bioloqlar” dərnəklərinin iştirakı ilə gözəl bir tədbir təşkil etdik. Tədbirin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarının artırılması, Yer planetinə qarşı sevgi hissinin aşılanması və onun qorunma yollarının öyrədilməsi idi.