Aprelin 2- dəməktəbimizin müəllim və şagirdləri şəhid olmuş hərbi qulluqçuların məzarını və fəxri xiyabanı ziyarət etdilər
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Azərbaycan silahlı qüvvələrinin mövqelərini və dinc sakinlərin yaşadıqları əraziləri ağır texnikalardan atəşə tutulmuşdur. Milli ordumuzun əsgərləri bir neçə ərazimizi, “Lələ təpə” adlandırılan yüksəkliyi və Cocuq Mərcanlı kəndini tamamilə Ermənistan silahlı qüvvələrindən azad ediblər. 2 apreldə məktəbimizin müəllim və şagirdləri şəhid olmuş hərbi qulluqçuların məzarını və fəxri xiyabanı ziyarət edərək üstlərinə tər çiçəklər və qərənfillər qoymuşlar.Allah şəhidlərimizə rəhmət eləsin!