31 Mart Azərbaycanlıların Soyqırımından 99 il ötür
Martın 30-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi A. Hacıyeva 9b sinif şagirdləri ilə birgə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş “31 Mart Azərbaycanlıların Soyqırımı” nı və faciənin qurbanlarını bir daha yad etdilər. Şagirdlər soyqırımla bağlı məlumat və faktlardan danışdılar, faciəni əks etdirən videoroliklər izlədilər, şeirlər söylədilər.