Tarixə qanla yazılan gün

     Bu gün məktəbimizdə XX əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
     Tədbiri giriş sözü ilə açan məktəbin tarix fənn müəllimi Hafiz Azayev 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti, xalqımızın azadlıq mübarizəsində oynadığı rolu və bu qanlı gecədə şəhid olan igidlərimizin qəhrəmanlığı barədə ətraflı məlumat verdi.
     Daha sonra şagirdlər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını fəda edən şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər. Tədbirdə, həmçinin, 20 Yanvar şəhidlərinin ruhunu tərənnüm edən həzin və duyğulu musiqilər ifa olundu.
     Tədbirin sonunda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev çıxış edərək bildirdi ki, illər ötsə də, nəsillər dəyişsə də, vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. 20 Yanvar faciəsi yalnız bir hüzn günü deyil, həm də xalqımızın milli qürur və azadlıq rəmzidir.
     Bu gün azadlığımızın ilk qaranquşları olan şəhidlərimizə borclu olduğumuzu dərk edərək, onların müqəddəs xatirəsini daim yad etmək bizim vətəndaşlıq borcumuzdur.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi