20 Yanvar - Ümumxalq Hüzn Günüdür
17 yanvar tarixində kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə 4"Ç" sinif şagirdlərinin iştirakı ilə "20 Yanvar – Ümumxalq Hüzn Günüdür" adlı "Anket Sorğu" təşkil olunmuşdur. Sorğu zamanı şagirdlər vətən uğrunda qəhrəmancasına canlarından keçən şəhidlərimizə həsr olunmuş şeirlər oxumuş, məlumatlar paylaşmış və fərdi rəsmlərini nümayiş etdirmişlər.
Bu sorğunun əsas məqsədi şagirdlərə 20 Yanvar faciəsinin əhəmiyyətini izah etmək, onların milli dəyərlərə bağlılığını artırmaq, şəhidlərimizin qəhrəmanlıq nümunələrini gələcək nəsillərə ötürmək və azadlıq mübarizəmizin şərəfli tarixini daha dərindən öyrətməkdir.
20 Yanvar faciəsi xalqımızın iradəsinin sarsılmazlığını, mətinliyini və müstəqillik yolundakı qətiyyətini sübut edən şərəfli tarix səhifəsidir. Bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirir, onlara azadlıq və suverenlik uğrunda aparılan mübarizənin əhəmiyyətini dərk etdirməyə xidmət edir.