20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz bir tarixdir
15 yanvar tarixində kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə məktəbin foyesində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş plakatlardan ibarət guşə və kitab sərgisi təşkil edilmişdir.
20 Yanvar 1990-cı il Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsi olmaqla yanaşı, həm də ən faciəli günlərindən biridir. Lakin eyni zamanda, həmin gecə Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə yüksələrək müstəqillik uğrunda mübarizəsini bütün dünyaya nümayiş etdirdi.