Heydər Əliyev Mərkəzində ekskursiya

Məktəbin texnologiya fənn müəllimi Dürüyə Niftəliyeva sinif rəhbəri olduğu V "D" sinif şagirdləri ilə birlikdə Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Ekskursiya zamanı şagirdlər mərkəzin ekspozisiyaları ilə tanış olmuş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş materialları izləyiblər. Ekskursiya zamanı şagirdlər Heydər Əliyevin Azərbaycanın inkişafında göstərdiyi mühüm xidmətlər barədə ətraflı məlumat alıb, tarixi və mədəni irsimizlə yaxından tanış olmaq imkanı qazanıblar. Bu cür ekskursiyalar şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, milli dəyərlərə hörmətin artırılması və tariximizə marağın artırılması baxımından böyük əhəmiyyət daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi