Bullinq nədir?

Məktəbin psixoloqu Nuriyyə Məmmədova VI sinif şagirdləri üçün "Bullinq nədir?" mövzusunda silsilə psixomaarifləndirici seminarlar təşkil edir. Bu seminarların əsas məqsədi şagirdlərə bullinq anlayışını izah etmək, onun mənfi təsirlərini göstərmək və bu cür halların qarşısını almaq üçün effektiv üsulları öyrətməkdir.
Tədbirlər zamanı şagirdlərə bullinqin müxtəlif növləri (fiziki, emosional, sosial, kiberbullinq) barədə məlumat verilir və bu hallarla qarşılaşdıqları zaman hansı addımları atmalı olduqları barədə tövsiyələr təqdim olunur. Şagirdlər arasında empatiya və hörmət hissinin artırılması, eləcə də sağlam ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi tədbirin əsas hədəflərindəndir.
Bu tip maarifləndirici tədbirlər uşaqların təhlükəsiz və sağlam mühitdə təhsil almalarına dəstək olmaq baxımından olduqca əhəmiyyətlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi