Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş maraqlı dərs keçirilib
Məktəbin 10 "B" sinfində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş maraqlı dərs keçirilib. Dərs zamanı şagirdlər Nəsimi haqqında təqdimatlar edərək onun həyatı və yaradıcılığı barədə məlumatlarını paylaşdılar. Şagirdlər, eyni zamanda, Nəsiminin cəsarətli fəaliyyətini müzakirə edərək onun dövrünə və hürufilərin Azərbaycan tarixi və mədəniyyətindəki roluna dair fikirlərini bildirdilər. Dərsin sonunda, şagirdlər dahi şairin həyat və fəaliyyətinə həsr olunmuş "Nəsimi" filmindən bir parça izlədilər. Bu baxış, şagirdlərdə Nəsiminin dövrünün ictimai həyatı, onun cəsarəti, xalqını və bütün insanları sevən düşüncələri barədə dərin təəssürat yaratdı. Eyni zamanda, şagirdlər yeni biliklər əldə edərək, Nəsiminin Azərbaycan mədəniyyətindəki əvəzsiz yerini daha yaxşı başa düşdülər.