Erkən nikah
Məktəbin psixoloqu Nuriyyə Məmmədova 11-ci sinif şagirdləri ilə "Erkən nikah" mövzusunda müzakirə aparıb. Psixoloq şagirdlərə suallar verərək onların fikirlərini öyrənməyə çalışıb və mövzuya dair düzgün yol göstərməyə diqqət edib. O, erkən nikahın gənclər üçün mənfi nəticələrə səbəb ola biləcəyini izah edərək, şagirdləri bu qərarı vermədən əvvəl ciddi düşünməyə çağırıb. Psixoloq erkən nikahın təhsildən geri qalmağa, şəxsi inkişafın dayandığına, psixoloji və fiziki problemlərə, həmçinin ailə həyatında çətinliklərə səbəb ola biləcəyini vurğulayıb. Şagirdlərə düzgün qərar vermək və gələcək həyatlarını sağlam bir şəkildə qurmaq üçün mövzuya daha şüurlu yanaşmağı tövsiyə edib.