1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə məktəbin foyesində maraqlı və maarifləndirici sərgi təşkil edilib. Sərgidə şagirdlərin hazırladığı rəsmlər nümayiş etdirilib. Bu rəsmilər QİÇS-in təhlükəsi, onunla mübarizə yolları və sağlam həyat tərzinin təbliği mövzularını əks etdirirdi. Bu cür tədbirlər şagirdlər arasında məlumatlılığı artırmaq, onları maarifləndirmək və cəmiyyət üçün aktual olan məsələlərə diqqət çəkmək baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbir həm də şagirdlərin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq üçün gözəl bir fürsət olub.