"Məişət zorakılığı" mövzusunda maarifləndirici seminar keçirildi

Məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən XI sinif şagirdləri ilə "Məişət zorakılığı" mövzusunda maarifləndirici seminar təşkil olundu.
Seminarın əsas məqsədi şagirdləri məişət zorakılığının müxtəlif formaları, səbəbləri və bunun cəmiyyətə təsirləri haqqında məlumatlandırmaq idi. Tədbir zamanı şagirdlərə zorakılığın fərdi və ictimai nəticələri, onunla mübarizə yolları və zərərçəkmişlərin müdafiəsi üçün mövcud mexanizmlər izah edildi.
Diskussiya şəklində keçirilən seminar zamanı şagirdlər suallar verərək mövzu haqqında daha dərin biliklər əldə etdilər. Bu cür maarifləndirici tədbirlər gənclərin hüquq və məsuliyyətləri barədə məlumatlanması və təhlükəsiz gələcək qurması üçün çox vacibdir.
Birlikdə zorakılığa yox deyək!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi