1 Dekabr - QİÇS-lə Mübarizə Günü ilə bağlı dəyirmi masa keçirilib
1 dekabr – QİÇS-lə Mübarizə Günü münasibətilə məktəbimizin biologiya fənn müəllimi Münəvvər Məmmədovanın təşkilatçılığı ilə 8 "A" sinfində dəyirmi masa təşkil olunub.
Tədbirin əsas məqsədi şagirdlərə HİV və QİÇS haqqında geniş məlumat vermək, onların bu mövzuda bilik və məlumatlılıq səviyyəsini artırmaq olub. Dəyirmi masa formatında keçirilən tədbirdə şagirdlər suallar verib, mövzu ətrafında müzakirələr aparıb və müasir dövrün bu mühüm sağlamlıq problemi barədə maarifləniblər.
Bu cür maarifləndirici tədbirlər şagirdlərdə məsuliyyət hissini artırmaqla yanaşı, onların gələcəkdə daha məlumatlı qərarlar vermələrinə şərait yaradır.
Maariflənmiş cəmiyyət – sağlam gələcək deməkdir!