1 Dekabr - QİÇS-lə Mübarizə Günüdür

1 dekabr dünyada QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi insan immunçatışmazlığı virusu (HİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumatlılığı artırmaq, cəmiyyətin diqqətini bu mühüm problemin həlli yollarına yönəltməkdir.
Bu münasibətlə məktəbimizdə biologiya fənn müəllimi Cəmalə Zeynalova və psixoloq Nuriyyə Məmmədova 11-ci sinif şagirdləri üçün maarifləndirici söhbət təşkil etmişlər. Söhbət zamanı şagirdlərə HİV və QİÇS-in mahiyyəti, yoluxma yolları, qorunma tədbirləri, eləcə də bu xəstəliklərin cəmiyyət və fərdlər üzərində təsiri haqqında ətraflı məlumat verilmişdir.
Bu cür tədbirlərin keçirilməsi yeniyetmələrin sağlamlıq və təhlükəsiz həyat tərzi barədə məlumatlılığını artırır, onların gələcəkdə daha məsuliyyətli qərarlar vermələrinə kömək edir. Unutmayaq ki, hər birimizin maariflənməsi QİÇS-lə mübarizədə mühüm rol oynayır.
Sağlam gələcək naminə bilikli olaq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi