Zərərli vərdişlər

Məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən 9-cu sinif şagirdlərinə "Zərərli vərdişlərə yox deyək" mövzusunda maarifləndirici seminar keçirildi. Seminarın əsas məqsədi gəncləri zərərli vərdişlərin fəsadları haqqında məlumatlandırmaq, sağlam həyat tərzini təbliğ etmək və şagirdləri düzgün seçimlər etməyə təşviq etmək idi.
Tədbir zamanı psixoloq zərərli vərdişlərin psixoloji, fiziki və sosial təsirlərini ətraflı izah etdi və şagirdlərlə interaktiv müzakirələr aparıldı. Seminar şagirdlərin mövzu haqqında daha geniş məlumat əldə etməsinə və öz davranışlarına məsuliyyətlə yanaşmasına şərait yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi