Uşaq Hüquqları
Məktəbin ibtidai sinif müəllimi Sevda Məmmədyarovanın təşəbbüsü ilə "Uşaq Hüquqları" mövzusunda 4 "A" sinifində maraqlı və maarifləndirici tədbir təşkil edilmişdir. Tədbirin əsas məqsədi "Hər bir uşağın hərtərəfli inkişaf etmək, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququnun olduğunu" vurğulamaq və şagirdlərə bu dəyərli anlayışları aşılamaq olmuşdur.
Tədbir çərçivəsində şagirdlər mövzuya aid hazırladıqları rəsm əsərləri və plakatlarla çıxış etmiş, öz yaradıcılıqlarını nümayiş etdirmişlər. Onların təqdimatları uşaq hüquqları mövzusunda biliklərin dərinləşdirilməsinə və məsuliyyət hissinin artırılmasına xidmət etmişdir.