Valideyn iclası keçmişdir
26 noyabr tarixində 8 "Ç" sinfində sinif rəhbərinin və fənn müəllimlərinin iştirakı ilə valideyn iclası keçmişdir. İclasda siniflə bağlı məsələlər, şagirdlərin davamiyyəti və dərsə hazırlıq səviyyələri ilə bağlı problemlər geniş müzakirə olunmuşdur. İclasda müxtəlif fənn müəllimləri və məktəb psixoloqu da çıxış edərək şagirdlərin ümumi inkişafı və təhsil prosesi ilə bağlı dəyərli fikirlərini bölüşmüşlər. Eyni zamanda, valideynlərin təklif və tələbləri dinlənilərək onların rəyləri nəzərə alınmışdır. Bu cür görüşlər, şagirdlərin təhsil keyfiyyətinin artırılması və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.