Bullinq nədir?

Məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən 7-ci sinif şagirdləri üçün “Bullinq nədir?” mövzusunda maarifləndirici seminar keçirildi. Tədbir zamanı şagirdlərə bullinq anlayışı, onun yaranma səbəbləri və qarşısının alınması yolları haqqında ətraflı məlumat verildi. Seminarın gedişatında şagirdlərə “Mənimlə danış” adlı sosial çarx təqdim edildi. Çarx izlənildikdən sonra mövzu ətrafında müzakirələr aparıldı və şagirdlərin sualları cavablandırıldı.
Psixoloq bullinqin, cəmiyyətin sosial ədalət prinsiplərinə zidd olan neqativ bir davranış forması olduğunu vurğuladı. Şagirdlərə bu hallarla mübarizə aparmaq üçün praktik tövsiyələr verildi. Seminarın əsas məqsədi, şagirdlərdə bullinq haqqında düzgün bilik bazası yaratmaq və bu problemi effektiv şəkildə həll etmə bacarıqlarını formalaşdırmaq idi.
Təlimatlandırma çərçivəsində bullinqin fəsadları və onunla mübarizə yolları geniş şəkildə müzakirə olundu. Bu cür tədbirlər, şagirdlər arasında sağlam psixoloji mühitin formalaşdırılmasına və sosial həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi