Uşaq Hüquqları Aylığı Çərçivəsində Maarifləndirici Tədbir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə göndərilən məktuba əsasən, 2024-cü ildə də ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilmişdir.
Bu çərçivədə, məktəbin psixoloqu Nuriyyə Məmmədova 7-ci sinif şagirdləri üçün Uşaq Hüquqları Konvensiyası barədə geniş məlumat təqdim etmişdir. Təqdimat zamanı şagirdlər uşaq hüquqları ilə bağlı bilmədikləri vacib məqamları öyrənmişlər. Daha sonra "Uşaq Hüquqları Konvensiyası onların öhdəliyində olsaydı, hansı dəyişiklikləri edərdilər?" mövzusunda psixoloji iş həyata keçirilmişdir. Bu fəaliyyət şagirdlərdə yaradıcı düşüncə və empatiyanın inkişafına töhfə vermişdir.