Azərbaycan xalqının 44 günlük Zəfər tarixi

05.11.2024-cü il tarixində məktəbdə "Azərbaycan xalqının 44 günlük Zəfər tarixi" adlı tədbir keçirildi. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu daha da gücləndirmək idi. Tədbirdə şagirdlər "Pənahəli xan", "M.P.Vaqiflə Qacarın deyişməsi", "Ana" və "Dədə Qorqud" səhnələrini nümayiş etdirdilər. Bununla yanaşı, Zəfər Gününə həsr olunmuş bir çox şeirlər səsləndirildi, mahnılar ifa edildi. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səfərova Sevinc və musiqi müəllimi İsmayılova Şəlalə təşkil etmişdilər. Sonda çıxış üçün söz məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevə verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi