8 Noyabr – Zəfər Günü

07.11.2024-cü il tarixində məktəbin 01 "Ç" sinifində ibtidai sinif müəllimi Nərmin Ramazanovanın təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş nümunəvi dərs keçirildi. Əvvəlcə şagirdlər foyedə şəhidlərimizə, ordumuza və Qələbəmizə həsr olunmuş, vətənpərvərlik ruhunda yazılmış mahnılar və şeirlər səsləndirdilər. Daha sonra sinif otağında şəhid olan əsgərlərin xatirəsinin rəmzi kimi qəbul edilən "Xarıbülbül" və Azərbaycan ordusunun zəfər simvolu sayılan "Dəmir yumruq" şəkillərini rənglədilər. Dərsin keçirilməsinin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə töhfə vermək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi