Şanlı bayrağımız

07.11.2024-cü il tarixində məktəbin tarix fənn müəllimi Gülgəz Ağayeva 9 "E" sinfində 9 Noyabr – “Dövlət Bayrağı Günü” münasibətilə nümunəvi dərs təşkil etdi. Dərs zamanı müəllim şagirdlərə bayrağımızın yaranma tarixi və onun dövlətçilik tarixindəki əhəmiyyətli rolu haqqında ətraflı məlumat verdi. Dərsin keçirilməsində əsas məqsəd şagirdləri milli-mənəvi dəyərlərə və dövlət atributlarına hörmət, Vətənə sevgi ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini gücləndirmək idi.