8 noyabr-Zəfər Günü
4 noyabr tarixində kitabxana müdiri Ülviyyə Fərəcova, kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığında məktəbin foyesində 8 noyabr "Zəfər Günü" ilə əlaqədar plakatlardan ibarət güşə təşkil olunmuşdur. Qəhrəman Ordumuz Vətən Müharibəsinin 44 günündə misilsiz Qələbə qazandı!
Torpaqlarımızın 30 illik işğalına son qoyuldu və Vətənimizin ərazi bütövlüyü bərpa edildi!
Bizə qürur dolu bu tarixi bəxş edən dövlətimizə, yenilməz Azərbaycan Ordusuna Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhuna əbədi borcluyuq!