Məktəbdə Bilbacar müsabiqəsinin "Yarış" bölməsinə start verilib
Bu gün məktəbdə BilBacar müsabiqəsinin "Yarış" bölməsinə start verilib. Müsabiqədə məktəbin VIII, IX, X sinif şagirdləri iştirak edir. "Yarış" bölməsi 4-5 noyabr tarixlərində məktəbin BilBacar müsabiqəsi üzrə koordinatoru Bənövşə Musayevanın müşayiətində keçiriləcək.
Müsabiqə çərçivəsində şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərinin təkmilləşdirilməsi və rəqəmsal platformada imtahan vermə bacarıqlarının formalaşdırılması nəzərdə tutulur.
Hər iki bölmə üzrə (“Hazırlıq” və “Yarış”) ayrı-ayrılıqda şagirdlərə 60 sual (riyaziyyat - 20 sual, oxu – 20 sual, təbiət elmləri – 20 sual) təqdim ediləcək. Onlayn mərhələ üzrə şagirdlərə təqdim ediləcək suallar hər ay yenilənəcək.
Qeyd edək ki, BilBacar müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqlardan istifadə etmək qabiliyyətini inkişaf etdirmək və həmin bacarıqların real həyatda tətbiqinə sövq etməkdir.
Müsabiqədə iştirak edən hər bir şagirdimizə uğurlar arzulayırıq.