Pedaqoji Şuranın növbədənkənar iclası keçirilib
25.10.2024-cü il tarixində Pedaqoji Şuranın növbədənkənar iclası keçirilib. İclasda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev çıxış edərək davamiyyətin təşkili, havaların soyuması ilə əlaqədar məktəbli formalarına sinif rəhbərlərinin nəzarəti, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılmasının üsul və formaları, valideynlərlə işin qurulması, tərbiyə işinin təşkilində qarşıya çıxan problemlərin həlli və digər müvafiq mövzularda çıxış edib, müəllimləri maraqlandıran sualları cavablandırıb.