Təhlükəsiz informasiya axtarışı
Məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən IX siniflərdə "Təhlükəsiz informasiya axtarışı" mövzusunda maarifləndirici seminar keçirilib. Seminarın məqsədi şagirdlərin "məhrəm-intim" mövzularda doğru informasiyanı əldə etməsini təmin etmək olmuşdur. Seminarda şagirdlərə İnternetdə təhlükəsiz informasiya əldə etmək, təhlükəli və təhlükəsiz informasiya mənbələri haqqında geniş məlumat verildi. Şagirdlərin informasiyanı ötürmə və qəbuletmə bacarıqlarını inkişaf etdirmək üçün "Kor və bələdçi" üsulundan istifadə edilmiş, seminarın sonunda şagirdlərin sualları cavablandırılmışdır.