Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin iştirakçılarına sertifikatlar təqdim olundu
7 Aprel tarixində II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilmişdir. Müsabiqədə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.
Bu müsabiqədə məktəbin II-X sinif şagirdləri də iştirak etmişlər. İştirak edən şagirdlərə sertifikatlar məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tərəfindən təqdim olunmuşdur.