18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür!
18 Oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış bir gündür. Bu münasibətlə məktəbin tarix fənn müəllimi Quliyev Yaşarın təşkilatçılığı ilə 10 "D" sinifində ‘’18 Oktyabr-Müstəqilliyin Bərpası günü”nə həsr edilmiş debat dərs keçirilmişdir. Dərsin keçirilməsində məqsəd şagirdlərə Dövlət müstəqilliyinin bərpası, yaranmış tarixi, Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsini neçə əldə etdiyini öyrənmək idi.
Müstəqilliyimiz daim olsun!