Yaşıl enerji nədir?
2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi və oktyabr ayının “ekologiya ayı” olması ilə əlaqədar məktəbin fəaliyyət planına uyğun olaraq tədbirlərin keçirilməsinə start verilib.
Məktəbin coğrafiya fənn müəllimi Mahmudova Şəbnəm VII sinif şagirdlərinin iştirakı ilə tədbir keçirib. Tədbir "Yaşıl enerji nədir?” mövzusuna həsr edilib. Şagirdlərin təqdimatında COP-29 ilə bağlı Azərbaycanda görülən işlər, Prezident İlham Əliyevin sərəncamı, respublikanın coğrafi mövqeyi və illər öncə Ulu Öndər Heydər Əliyevin ekologiya haqqında söylədiyi kəlamlar diqqətə çatdırılıb. Azərbaycan Respublikasının COP-29 ilə bağlı həyata keçirdiyi proseslərlə bağlı videoçarx iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə həmçinin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Əhmədova iştirak edib.