Tamamlanmamış cümlələr
Məktəb motivasiyasının aşağı düşməsi uşağın məktəbə uyğunlaşa bilməsində çətinliyin olduğunu göstərir və əksinə motivasiyanın yüksəlməsi təlim və inkişafda müsbət dinamikanın yaranmasının təməlidir. Şagirdlərin məktəb motivasiyasını, sinifdaxili münasibətlərini öyrənmək məqsədilə VII siniflərdə məktəb psixoloqu Məmmədova Nuriyyə tərəfindən “Tamamlanmamış cümlələr” metodikası aparıldı. Şagirdlər onlara verilən 30 cümləni tamamladılar. Test nəticəsində onların məktəbə və yoldaşlarına münasibətləri aşkara çıxdı və hər bir şagirdin psixoloji durumunun necə formalaşması müəyyənləşdi. “Tamamlanmamış cümlələr” testinin nəticələrinə əsasən məktəb psixoloqu hər bir şagirdin fərdi psixoloji durumunu öyrənərək onlara necə yanaşmağı müəyyənləşdirdi, müxtəlif tövsiyələr verdi.