Müəllimləri təbrik etdilər
04.10.2024- cü il tarixdə məktəbin rus bölməsinin fidanları "Müəllimlər günü"nə öz tövhələrini hazırlayıblar. Məktəbin foyesində şagirdlərin Ana dilində həvəslə söylədikləri şeirlər onların sevimli müəllimlərinə bayram hədiyyəsi olub.
Sonda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Əhmədova, kitabxana müdiri Ülviyyə Fərəcova və Azərbaycan dili fənn müəllimi Kəmalə Əzimzadə sevimli şagirdlərə bayram münasibətilə hazırladıqları bu tövhələrinə görə öz təşəkkürlərini bildirib, arzularını söyləyiblər.