Kitab həmişə yaşasın və bizi yaşatsın
“Kitab həmişə yaşasın və bizi yaşatsın”
2 oktyabr 2024-cü ildə məktəbin 10a sinif şagirdləri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində olub.
Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
Şagirdlər 8 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti yaxından tanış olub. Onlar həmçinin sevdikləri müəlliflərin yeni kitablarını əldə ediblər.
Bakı Beynəlxalq Kitab Sərgisində iştirak həm təhsilalanlar, həm də təhsilverənlər üçün faydalı öyrənmə, ünsiyyət və şəbəkələşmə imkanıdır.