Sinif rəhbərlərinin iclası keçirilib
26.09.2024-cü il tarixində sinif rəhbərləri ilə növbəti iclas keçirilib. İclasda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, məktəbdə sağlam psixoloji mühitin qorunub - saxlanılması barədə danışıb. Həmçinin sinif rəhbərlərinə məktəbdə baş verə biləcək xüsusi halların qarşısının alınması, təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, istiqamətində fəaliyyətlərini gücləndirməyi tövsiyə edib.