Sərgi təşkil edilib

     25.09.2024-cü il tarixində kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə  Yusubovanın təşkilatçılığında məktəbin foyesində "27 sentyabr-Anım Günü”- nə həsr olunmuş plakatlardan ibarət guşə və kitab sərgisi təşkil olunmuşdur. 
     "27 sentyabr-Anım Günü"  Vətən Müharibəsi Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi kimi xalqımız tarixinə qızıl hərflərlə yazılıb.Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək dəmir yumruq kimi birləşərək Vətən Müharibəsində tarixi Zəfər təmin ediblər.
     Bu şanlı qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanllq  nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərancamı ilə sentyabrın 27- si Azərbaycanda  "Anım Günü" kimi təsis olunub.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi