Valideyn iclası keçirilib

     IX siniflərdə məktəb rəhbərliyinin, fənn müəllimlərinin iştirak ilə valideyn iclası keçirilib. İclasda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələrindən söhbət açıb və iclasın gündəliyinə daxil olan məsələləri onlarla müzakirə edib.
İclasın gündəliyində aşağıdakı əsas məsələlər yer tutmuşdur:
1. Yeni tədris ili ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər.
2. Uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması.
3. Şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması.
4. Buraxılış imtahanlarında şagirdlərin yaxşı nəticələr əldə etməsi üçün nəzarətin gücləndirilməsi, məktəb - şagird- müəllim üçbucağının düzgün qurulması.
5. Şagird davranış qaydalarına əməl olunması və s.
     İclasın sonunda valideynləri maraqlandıran suallar cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi